Venesueladakı vəziyyət Leonardo Di Kaprioya da təsir etdi - Festivala gedə bilmir
Dünya
1347
04 Jan 2026 | 14:27

Venesueladakı vəziyyət Leonardo Di Kaprioya da təsir etdi - Festivala gedə bilmir

Hollivud aktyoru Leonardo Di Kaprio Venesuelaya uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən Palm-Sprinqs kinofestivalının qala-konsertində iştirak edə bilməyəcək.

Moderator.az bu barədə "Variety" nəşrinə istinadən xəbər verir.

Di Kaprio "Döyüş ardınca döyüş" filmindəki roluna görə "Desert Palm Achievement Award" mükafatını almalı idi.

"Oskar" mükafatçısı bölgədə tətbiq edilən uçuş məhdudiyyətləri səbəbindən Sen-Bartelemi adasını tərk edə bilməyib. Palm-Sprinqs beynəlxalq hava limanı "X" platformasında bəyanat yayaraq, uçuş reyslərinin gecikdiyini bildirib.

Link kopyalandı!
Son xəbərlər