Ərdoğanın müşaviri: Maduroya qarşı hərbi əməliyyat imperialist təcavüzdür
Dünya
1342
04 Jan 2026 | 13:57

Ərdoğanın müşaviri: Maduroya qarşı hərbi əməliyyat imperialist təcavüzdür

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşına qarşı hərbi əməliyyatı qanunsuz və imperialist təcavüz hesab edilir.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.

"Bu hadisə göstərir ki, beynəlxalq hüquq, BMT və beynəlxalq institutlar imperialist cinayətlər qarşısında təsirsizdir və dünyada yalnız çıxış yolu gücə qarşı güc göstərməkdir. İmperialist təcavüzün əsas məqsədi dünya resurslarına, xüsusilə də enerji sahəsinə nəzarət etməkdir və bu, insanlıq əleyhinə qanunsuz və amansız üsullarla həyata keçirilir",- o qeyd edib.

Baş müşavir həmçinin vurğulayıb ki, dövlətlər bu kimi təhdidlər qarşısında anti-imperialist mübarizəni gücləndirməli və beynəlxalq əməkdaşlığı möhkəmləndirməlidirlər.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib.

Link kopyalandı!
Son xəbərlər