Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasında dörd nəfər ölüb
Dünya
1329
04 Jan 2026 | 13:30

Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasında dörd nəfər ölüb

Rusiyanın Rostov vilayətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

Moderator.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə vilayət FHN-in Baş idarəsi məlumat yayıb.

"Rostov vilayətinin Aksay rayonunun Krasnıy Kolos qəsəbəsi yaxınlığında "M-4 Don" magistralının 1042-ci kilometrində 5 minik avtomobili və bir yük maşını toqquşub", – açıqlamada bildirilib.

Dövlət şirkəti "Avtodor"un "Telegram" kanalında qeyd olunub ki, qəza səbəbindən Krasnodar istiqamətində hərəkət məhdudlaşdırılıb.

Rostov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə vilayət Baş idarəsinin rəhbəri Aleksandr Reçitski gedib. Qəzanın səbəbləri araşdırılır.

Link kopyalandı!
Son xəbərlər