Britaniyada həbsxanaya dron hücumu olub
Dünya
1325
04 Jan 2026 | 13:00

Britaniyada həbsxanaya dron hücumu olub

Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələrinin hücumu olub.

Moderator.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu yolla məhbuslara narkotik və silah ötürülüb.

Bildirilir ki, basqın gecə saatlarında baş verib. Bundan əlavə, PUA-ları kənarlaşdırmağa çalışan mühafizəçilər də hücuma məruz qalıblar.

Qeyd olunub ki, torların olmaması, həmçinin pəncərələrin zəif konstruksiyası və ya zədəli olması problemi daha da dərinləşdirib.

Hadisə ilə bağlı araşdırmaların aparıldığı, müəssisənin təhlükəsizliyi üçün vəsait ayrılacağı bildirilib.

Link kopyalandı!
Son xəbərlər