Gənc oğlan ayin zamanı ata-anasının gözü qarşısında güllələndi
Dünya
1152
04 Jan 2026 | 12:30

Gənc oğlan ayin zamanı ata-anasının gözü qarşısında güllələndi

Cənubi Afrika Respublikasında (CAR) dəhşətli qətl hadisəsi baş verib.

Moderator.az "Times Live" nəşrinə istinadən xəbər verir ki, gənc oğlan doğmalarının gözü qarşısında güllələnib, daha sonra cinayətkar qurbanın kəsilmiş başını özü ilə götürərək hadisə yerindən qaçıb.

Faciə Şərqi-Kap əyalətində ailə ayini zamanı baş verib. Tədbirdə ailə üzvləri, qonşular və kəndin bir çox sakini iştirak edib.

Mərhumun babası bildirib ki, hücum tamamilə gözlənilməz olub. Onun sözlərinə görə, şübhəli şəxs qəfil gənc oğlana tərəf qaçıb, ona atəş açıb, sonra isə başını kəsib.

Hadisə zamanı öldürülən şəxsin anası da güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Link kopyalandı!
Son xəbərlər