İsveçrədə 9 yanvar Matəm Günü elan edilib
Dünya
1113
04 Jan 2026 | 12:00

İsveçrədə 9 yanvar Matəm Günü elan edilib

İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan edilib.

Moderator.az xəbərinə görə, bunu İsveçrə Konfederasiyanın Prezidenti, ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

Gi Parmelen deyib ki, Kran-Montana kurortunda barda yanğında 40 nəfərin həyatını itirməsiylə əlaqədar 9 yanvar Milli Matəm Günü elan ediləcək.

Saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayan zaman İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Prezident anım mərasimində iştirak edəcəyini söyləyib.

Link kopyalandı!
Son xəbərlər