ABŞ Karib dənizi üzərində uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Dünya
1152
04 Jan 2026 | 11:00

ABŞ Karib dənizi üzərində uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldıracaq

ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatına başlanıldıqdan sonra Karib dənizi üzərində hava məkanında tətbiq edilən məhdudiyyətlər Bakı vaxtı ilə saat 09:00-da aradan qaldırılacaq.

Moderator.az-ın məlumatına görə, ABŞ-nin nəqliyyat naziri Şon Daffi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Karib hava məkanında ilkin məhdudiyyətlər şərq vaxtı ilə saat 00:00-da başa çatır və reyslər bərpa oluna bilər", – paylaşımda qeyd olunub.

Daffi bildirib ki, bütün aviaşirkətlər uçuşların müvəqqəti bağlanmış zonada bərpa olunması imkanları barədə əvvəlcədən məlumatlandırılıb və hazırda cədvəllərin yenilənməsi ilə məşğuldurlar. ABŞ Nəqliyyat Nazirliyinin rəhbəri həmçinin sərnişinləri aktual məlumatı aviaşirkətlərdən dəqiqləşdirməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər