Şahzadə Harri kral ailəsini bir-birinə düşmən edən sənəd barədə danışdı
Dünya
1226
04 Jan 2026 | 10:00

Şahzadə Harri kral ailəsini bir-birinə düşmən edən sənəd barədə danışdı

Hər ilin sonunda Britaniya kral ailəsində monarxiya üzvlərinin il ərzində yerinə yetirdiyi öhdəliklərin xülasəsini oxuyur.

Moderator.az xəbər verir ki, bu barədə "Express" qəzeti şahzadə Harrinin xatirələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ailə üzvlərinin fəaliyyətləri haqqında məlumatlar mütəmadi olaraq mətbuatda öz əksini tapsa da, hər ilin sonunda Müqəddəs Ceyms Sarayı ilin xülasəsini dərc edir.

Harri xatirələrində qeyd edir ki, bu sənəd ailə üzvləri arasında rəqabəti qızışdırır, bir-biri ilə müqayisə üçün "silah"a çevrilir.

"İlin sonunda müqayisələr aparmağa başlanır. Kimin daha çox məşğul olduğu, kiminsə sadəcə tənbəlliyi üzə çıxır və bu əsasda qarşılıqlı ittihamlar səslənir", - deyə şahzadə Harri sənədin təsiri barədə yazır.

Onun sözlərinə görə, ailə üzvlərindən bəziləri yekun hesabatda görüşlərinin və digər tədbirlərin mümkün qədər çox olmasına çalışırlar.

Qeyd edək ki, 2025-ci ildə Kral III Çarlz Britaniya monarxiyasının ən çalışqan üzvü adını alıb. Ondan əvvəl isə bu ada ən çox şahzadə Anna layiq görülüb.

Link kopyalandı!
Son xəbərlər