07:57
7°C
Bakı
Yanvarın 3-də Suriyanın paytaxtı Dəməşqin qərb hissəsində naməlum şəxslərin hücumu nəticəsində azı üç partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib.
Məlumata görə, atılan raketlərdən biri Məzzə rayonundakı bir məscidin günbəzinə zərər verib. Yaxınlıqda yüksək vəzifəli məmurların yaşadığı villaların yerləşdiyi bildirilir.
Başqa bir raket elit batalyonun kazarmasının yaxınlığında partlayıb, digəri isə şəhərin kənarındakı Məzzə hərbi aerodromuna düşüb.
İnsan tələfatı və dağıntılar barədə heç bir məlumat verilməyib.