07:44
7°C
Bakı
Yüzlərlə nümayişçi ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatına etiraz etmək üçün Nyu-Yorkun əsas meydanı olan Tayms meydanında toplaşıb.
Moderator.az xəbər verir ki, nümayişçilər əllərində Venesuela bayraqları və əməliyyatı pisləyən plakatlar götürüblər.
Aksiyanın keçirildiyi ərazidə çoxlu sayda polis olmasına baxmayaraq hüquq-mühafizə orqanları küçələri bağlamır, nümayişə müdaxilə etmir.