05:31
8°C
Bakı
ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York ştatındakı hava limanında təyyarədən endiriliblər.
Moderator.az xəbər verir ki, bu barədə “NBC News” məlumat verib.
"Nikolas Maduro və həyat yoldaşı ABŞ-a aparılıb. Onlar bir neçə dəqiqə əvvəl təyyarədən düşüblər", - telekanalın məlumatında deyilir.
Maduro və həyat yoldaşının tezliklə barmaq izlərinin götürülməsi və şəkillərinin çəkilməsi gözlənilir.
İddiaya görə onlar yanvarın 5-də hakim qarşısına çıxarılması gözlənilir və o vaxta qədər onlar, çox güman ki, Bruklindəki müvəqqəti saxlama mərkəzində saxlanılacaqlar.