Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro tutulduqdan sonra Kolumbiya Prezidenti Qustavo Petroya xəbərdarlıq edib.
Moderator.az Ağ Evin "YouTube" kanalına istinadən xəbər verir ki, bu mövzuda o, mətbuat konfransında danışıb.
Siyasətçinin sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir.
"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.
ABŞ lideri həmçinin Kuba xalqına kömək etmək istədiyini də bildirib.
"Kuba hələ də uğursuz bir ölkədir. Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik", - deyə Tramp bildirib. Onun sözlərinə görə, Kuba məsələsi Venesueladakı vəziyyətlə çox oxşardır.