Türkiyə XİN-dən Venesuela ilə bağlı AÇIQLAMA
Dünya
1464
03 Jan 2026 | 20:38

Türkiyə XİN-dən Venesuela ilə bağlı AÇIQLAMA

Türkiyənin Xarici İşlər Nazirliyi Venesueladakı vəziyyətin beynəlxalq hüquq çərçivəsində nizamlanmasına töhfə verməyə hazır olduğunu bəyan edib.
 
Moderator.az xəbər verir ki, nazirlik tərəfləri təmkinli olmağa çağırıb.
 
Nazirliyin açıqlamasında bildirilib ki, Ankara Venesuelada baş verən son hadisələri diqqətlə izləyir və ölkənin sabitliyinə, eləcə də Venesuela xalqının sülh və rifahına böyük önəm verir.
 
“Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərməsinin qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həllinə mümkün olan hər cür konstruktiv töhfə verməyə hazırıq”, - deyə XİN-in bəyanatında qeyd olunub.
 
Açıqlamada həmçinin vurğulanıb ki, Türkiyənin Karakasdakı səfirliyi Venesuelada yaşayan Türkiyə vətəndaşları ilə fasiləsiz əlaqə və koordinasiyanı davam etdirir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər