Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya ABŞ rəhbərliyini Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını azad etməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən bəyanatda qeyd olunur:
"Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ABŞ-da olması ilə bağlı təsdiqlənmiş məlumatlara əsaslanaraq, amerikalı həmkarlarımızı bu mövqeni yenidən nəzərdən keçirməyə və suveren ölkənin qanuni seçilmiş prezidentini və onun həyat yoldaşını azad etməyə çağırırıq".
XİN vurğulayıb ki, ABŞ və Venesuela arasında mövcud olan hər hansı problemlərin dialoq yolu ilə həll edilməsi üçün şəraitin yaradılması vacibdir.