Arvadı evdən gedən kişi uşaqlarını və özünü öldürdü - DƏHŞƏT
Dünya
1516
03 Jan 2026 | 19:47

Arvadı evdən gedən kişi uşaqlarını və özünü öldürdü - DƏHŞƏT

Rusiyada ata 2 uşağını və özünü öldürüb.
 
Hadisə gecə saatlarında İrkutsk şəhərinin Karl Marks küçəsində yerləşən mənzildə baş verib.
 
Məlumata görə, 6 və 8 yaşlı iki uşağın zorakılıq əlamətləri olan meyitləri aşkarlanıb. Hadisə ilə bağlı dərhal cinayət işi başlanıb.
 
Qeyd olunur ki, baş verənlərin dəqiq mənzərəsini müəyyən etmək üçün bütün zəruri məhkəmə-tibbi ekspertizalar təyin edilib. İstintaq zamanı məlum olub ki, şübhəli şəxs uşaqların atasıdır.
 
Cinayəti törətdikdən sonra kişi özünə bıçaq xəsarətləri yetirib və xəstəxanaya yerləşdirilib, lakin orada həyatını itirib. Faciənin ilkin səbəbi uşaqların valideynləri arasında bir gün əvvəl qısqanclıq zəminində baş vermiş kəskin ailə münaqişəsi olub. Mübahisədən sonra uşaqların anası öz anasının evinə gedib, uşaqları isə atanın yanında qoyub.
 
Hazırda istintaqçılar araşdırma aparır. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər