Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu edam cəzasının qüvvədə olduğu məhkəmə dairəsinə aparıblar. Nəzəri baxımdan, o, narkoterrorçuluq ittihamı ilə ölüm cəzasına layiq görülə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Nəşr bildirir ki, mövcud qanunvericiliyə görə, Nyu-Yorkun Cənub dairəsində terrorizm kimi bəzi federal qanun pozuntularına görə edam cəzası nəzərdə tutulur.
16:48
Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
Moderator.az bildirir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat verib.
"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.