Zelenski Şmıqala bu vəzifəni təklif etdi
Dünya
1497
03 Jan 2026 | 17:59

Zelenski Şmıqala bu vəzifəni təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini və energetika naziri vəzifəsini təklif edib.
 
Moderator.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti siyasətçi ilə görüşündən sonra öz teleqram kanalında yazıb.
 
"Denis Şmıqalla görüşdük. Müdafiə Nazirliyində təşkil olunmuş sistemli işə və dövlətimizin müdafiəsini təmin etmək üçün aktivləşdirilən proseslərə görə təşəkkür edirəm. İndi isə bu cür sistemlilik məhz Ukrayna energetikası üçün vacibdir", - V.Zelenski qeyd edib.
 
Onun sözlərinə görə, Rusiyanın hər bir zərbəsindən sonra Ukraynanın dağıntıları operativ şəkildə bərpa edə bilməsi və ölkə energetikasının inkişafının sabit və onun ehtiyacları üçün kifayət səviyyədə olması vacibdir.
 
"Baş Nazir Yuliya Sviridenko ilə məsləhətləşmələr apardıq. Deputatların bu yanaşmanı və Denis Şmıqal üçün baş nazirin birinci müavini və energetika naziri təyinatını dəstəkləyəcəyinə ümid edirəm", - prezident bildirib.
 
Qeyd edək ki, Denis Şmıqal ötən il Ukraynanın müdafiə naziri təyin edilmişdi. Əvvəllər isə o, baş nazir vəzifəsində çalışıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər