Milad planı: ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR
Dünya
1488
03 Jan 2026 | 17:35

Milad planı: ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR

ABŞ silahlı qüvvələri əvvəlcə Venesuelaya qarşı hərbi əməliyyatı dekabrın 25-də, katolik Milad günündə başlatmağı planlaşdırıb, lakin daha sonrakı tarixə təxirə salınıb.
 
Bu barədə ABŞ-nin "CBS News" telakanalı öz mənbələrinə istinadən məlumat verib.
 
Kanalın məlumatına görə, hərbi rəhbərlik əməliyyatın Milad günündə keçirilməsini müzakirə edib, lakin prioritet ABŞ-nin Nigeriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə qarşı hava hücumlarına verilib. Daha sonra tarix yenidən təxirə salınıb, çünki ABŞ üstünlük qazanmaq üçün hava şəraitinin yaxşılaşmasını gözləyib.
 
Həmçinin CNN bildirib ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Venesuela ərazisində hərbi əməliyyatlar barədə əvvəlcədən xəbərdarlıq almayıb.
 
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb. /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər