Yenə doğru çıxdı - Jirinovski “Tramp Venesuelanı götürəcək” demişdi...
Dünya
1268
03 Jan 2026 | 16:16

Yenə doğru çıxdı - Jirinovski “Tramp Venesuelanı götürəcək” demişdi...

RLDR lideri vəfatından əvvəl Venesuela ilə müharibənin ABŞ üçün ikinci Vyetnam olacağını da proqnozlaşdırıb

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sabiq sədri Vladimir Jirinovskinin həyatının son illərində verdiyi daha bir proqnoz doğrulub. Bu dəfə söhbət ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən gedir.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, Vladimir Volfoviç Venesuala haqda proqnozunu “Vladimir Solovyovla axşam” verilişindəki bir çıxışında deyibmiş.

Belə ki, 2020-ci ilin noyabrında ABŞ-dəki prezident seçkilərində Co Baydenin qələbəsindən danışan RLDP lideri Trampın növbəti seçkilərdə qalib gələcəyini proqnozlaşdırmaqla yanaşı, həm də ölkələr arasında “təsir zonaları” mübadiləsinin aparıla biləcəyini bəyan edib.


Proqramda Jirinovski deyib: “2024-cü ildə Co Bayden hər şeyini itirəcək. Tramp növbəti seçkilərdə iştirak edib qalib gələcək. Biz də ona bu seçkidə kömək edə bilərdik. O, 2016-da seçiləndə də heç nə etmədik. Əgər 2020-ci ildə onun beynin bir az gücü olsaydı, bizdən haradasa nəsə etməyimizi xahiş edərdi və o da, biz də qalib olardıq. Biz məsələn, Ukraynada bizə aid mövqeyimizi götürərdik. Ona da məsələn, Venesuela ilə bağlı fürsət verilərdi. O, Venesuelanı götürür, biz Ukraynanı. Amma heç kim heç nə etmir. Əgər bizə Tramp lazımdırsa, gəlin ona kömək edək”.
Vladimir Solovyov isə Jirinovskiyə etiraz edərək "Tramp bizə nə üçün lazımdır, Trampın bizə nə xeyri var axı…? O, biz’ hamıdan çox sanksiyalar tətbiq etməyibmi”, - deyə, soruşub.
Jirinovski əsəbi şəkildə cavab verib: “Niyə nə? Onu bizdən asılı buraxmaq, başa düşmürsənmi?”
O, hətta ABŞ-ın neft blokadasına niyə ehtiyac duyduğunu belə izah edib: “Karakas neft qaçaqmalçılığına məcbur olacaq və nəticədə Venesuela nefti, lakin daha ucuz başa gələcək və ABŞ-ın ehtiyacları üçün istifadə olunacaq. Və ABŞ öz bahalı neftini Avropaya və digər ölkələrə hədsiz qiymətlərlə satmağa çalışacaq”.

Kp.ru Jirinovski ilə Solovyov arasındakı bu mükaliməyə şərh də verib:“Vladimir Volfoviç çox yaxşı başa düşürdü: Venesuela dünyanın ən zəngin neft ehtiyatlarına malikdir (təqribən 303 milyard barel, Səudiyyə Ərəbistanı, İran və İraqda təxminən 200 milyard barel – red.). Bu o deməkdir ki, ölkə ABŞ-nin maraq zonasında qalacaq. Xüsusilə, 1999-cu ildə Uqo Çaves hakimiyyətə gəlməmişdən əvvəl Venesuelanın neft yataqlarının əksəriyyəti Amerika şirkətləri tərəfindən işlənilib və Ağ Ev şübhəsiz ki, həmin “qızıl dövrə” qayıtmaq istəyəcək...

Jirinovskinin siyasi proqnoz doğrulub: Rusiya və ABŞ Ukraynanı ilə bağlı razılığa gəlməyə çalışır. Vaşinqton ötən gecə Venesuelanı faktiki ələ keçirib…Yeri gəlmişkən, Jirinovski Venesuela ilə müharibənin ABŞ üçün ikinci Vyetnam olacağını da proqnozlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər