Bizi sosial şəbəkələrdən izləyin:
"Avropa İttifaqı Venesueladakı vəziyyəti yaxından izləyir".
Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas "X" hesabında yazıb.
Onun sözlərinə görə, Brüssel heç vaxt Maduronu legitim prezident kimi tanımayıb. Kallas bildirib ki, o, Venesueladakı vəziyyəti ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edib.
O qeyd edib ki, Aİ Venesuela ətrafındakı vəziyyətdə təmkinli olmağa çağırır.