Venesuelanın müdafiə naziri: “Təslim olmayacağıq” – VİDEO
Dünya
1052
03 Jan 2026 | 14:25

Venesuelanın müdafiə naziri: “Təslim olmayacağıq” – VİDEO

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin öldüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Moderator.az Bizim.Media-ya istinadla xəbər verir ki, müdafiə naziri açıqlama verərək sağ olduğunu bildirib və təslim olmayacaqlarını bəyan edib.

“Biz danışıqlara getməyəcəyik, təslim olmayacağıq və sonda qalib gələcəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər