İranın Xuzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb. Onlardan odlu və soyuq silahlar müsadirə edilib.
Moderator.az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə əyalət polisinin rəisi Farşad Kazemi məlumat verib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayıqlığı və vaxtında gördüyü tədbirlər sayəsində iğtişaş törədən bir neçə şəxs müəyyən edilib və saxlanılıb, onların üzərindən "Colt" tapançası, onun üçün daraq və 12 ədəd soyuq silah tapılıb", - deyə o bildirib.
Kazemi cinayətkarların əhali arasında nifaq salmaq və ölkədə iğtişaşlar yaratmaq cəhdləri fonunda vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən tacirlərin Tehranın mərkəzində etiraz aksiyaları başlayıb. İran küçələri etirazların mərkəzinə çevrilib. Etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. Dekabrında 30-da Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. Dekabrın 31-də bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətində Fez şəhər administrasiyasının binasına hücum edib. İğtişaşlar fonunda İran polisi dəfələrlə iğtişaşlar törətməyə çalışan silahlı şəxslərin həbs olunduğunu elan edib.
(Oxu.az)