Yəmən hökumət qüvvələri "Vətənin Qalxanı" əməliyyatı çərçivəsində ölkənin şərqində yerləşən Hadramaut vadisində təhlükəsizliyi tam təmin edərək əsas hərbi bazalar və mülki obyektlər üzərində nəzarəti ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Salem əl-Xanbaşi məlumat verib.
Qubernator bildirib ki, El-Vadi və Es-Sahra bölgələrində hərbi düşərgələrin təhlükəsizliyini təmin edən əməliyyat tam uğurla başa çatıb. Hökumət qoşunları bütün strateji mövqelərdə yerləşdirilib, beynəlxalq Seyyun hava limanı və dövlət obyektləri, eləcə də həyat təminatı infrastrukturu tam qorunur.
"Al Arabiya" xəbər verir ki, "Vətənin Qalxanı" bölmələri Seyyun şəhərində Respublika sarayı və Birinci hərbi dairənin qərargahı üzərində də nəzarəti təmin edib. Qubernator bildirib ki, hökumət qüvvələri, əgər Cənub Keçid Şurasının (CŞK) dəstək verdiyi separatçılar El-Qubar düşərgəsindən El-Mukkalla liman şəhərinə irəliləməyə çalışarsa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan onları məhv etməyi xahiş edib. Eyni zamanda separatçı qüvvələr üçün Hadramaut və El-Məhra bölgəsindən Şabva vilayəti istiqamətinə çəkilmə koridoru açılıb.