ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyə potensial təhdidləri əsas gətirərək, "Emcore" və "HieFo" şirkətləri arasında yarımkeçiricilər üzrə müqavilənin ləğv edilməsinə dair fərman imzalayıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" nəşri məlumat verib.
2024-cü ildə "HieFo"nun "Emcore"ya aid yarımkeçiricilər biznesini, eləcə də indium fosfid lövhələri istehsalı müəssisələrini əldə etmək planı açıqlanmışdı. Müqavilənin dəyəri 2.9 milyard dollar dəyərində qiymətləndirilirdi.
"Bu əməliyyat qadağan edilir. İstər birbaşa, istərsə də dolayı yolla, "HieFo"nun özü və ya tərəfdaşları, törəmə şirkətləri, filialları və ya xarici səhmdarları vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, bu şirkətinin "Emcore"nin aktivləri ilə bağlı istənilən səhmlərə, maraqlara və ya hüquqlara sahib olması da qadağandır", - deyə Trampın fərmanında bildirilib.
ABŞ prezidentinin fikrincə, "Emcore"un kompüter çipləri istehsalı ilə bağlı aktivlərinin "HieFo"ya verilməsi ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada bilər. Prezidentin fərmanında qeyd olunur ki, "HieFo" iddia edildiyi kimi, Çin vətəndaşının nəzarəti altındadır.
"Emcore" aerokosmik, müdafiə, kommersiya və sənaye sahələri üçün qabaqcıl inersial (ətalət) naviqasiya məhsulları istehsal edir.
"HieFo" isə fiber optik rabitə sistemləri üçün yüksək effektli indium fosfid əsaslı fotonik cihazlar üzrə ixtisaslaşıb.
(Oxu.az)