Polşada baş nazirin Yeni il çıxışı qalmaqal yaratdı
Dünya
1477
03 Jan 2026 | 13:15

Polşada baş nazirin Yeni il çıxışı qalmaqal yaratdı

Polşa parlamentinin üzvləri baş nazir Donald Tusku Yeni il müraciətində "tarixi yenidən yazmaqda" ittiham ediblər.

Moderator.az xəbər verir ki, barədə Polşanın "Fakt" nəşri məlumat yayıb.

Siyasətçi Yeni il müraciəti zamanı bildirib ki, 2026-cı ilin əvvəli Polşanın yaranmasının 1001-ci ili kimi qeyd olunur. Hərçənd, polyaklar özləri dövlətçilik tarixlərinin başlanğıcını 966-cı ildən - xristianlığın qəbulu və yayılması dövründən götürürlər.

Tamaşaçıların və parlament üzvlərinin çoxu bu uyğunsuzluğu gözdən qaçırmayıblar.

Qanun və Ədalət parlament fraksiyasının sədri Mariuş Błaşak sosial mediada bildirib ki, Tusk Polşanın xristian irsini tanımır və o, çox kobud səhvə yol verir:

"Hətta ibtidai sinif şagirdləri də bilirlər ki, bizim tariximizin başlanğıcı Polşanın Vəftizinə gedib çıxır. Təbii ki, baş nazir tarixi yenidən yazmağa başlamasa".

Polşa tarixçisi Kamil Yanitski də baş nazirin sözlərini ziddiyyətli hesab edib və onun Yeni il müraciəti üçün qəribə yol seçdiyini bildirib.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər