ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı planlaşdırılan hərbi zərbələr ərəfəsində Floridadakı Mar-a-Lago iqamətgahında milli təhlükəsizlik məsələlərinə dair müşavirə keçirib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin yaydığı rəsmi qrafikdə əks olunub.
Cədvələ əsasən, yerli vaxtla cümə günü saat 17:30-da (Bakı vaxtı ilə şənbə günü 02:30) başlayan brifinq təxminən bir saat davam edib. Tədbir mətbuat üçün qapalı keçirilib.
"CBS News"un məlumatına görə, ABŞ əvvəlcə Venesuelaya hücumu dekabrın 25-də (Milad bayramında) həyata keçirməyi planlaşdırsa da, sonradan əməliyyat daha gec tarixə ertələnib.
Bildirilir ki, həmin vaxt əsas üstünlük Nigeriyada fəaliyyət göstərən İŞİD terror qruplaşmasının obyektlərinə endirilən hava zərbələrinə verilib. Hazırda isə ABŞ-nin diqqət mərkəzində yenidən Venesuela istiqamətində hərbi addımların olduğu qeyd edilir.