KİV: Kreml Trampa əvvəlki kimi təsir göstərə bilmir
Dünya
462
10:38, Bu gün

KİV: Kreml Trampa əvvəlki kimi təsir göstərə bilmir

Rusiya Prezidenti Vladimir Putinin hazırda əlində qalan yeganə təsir vasitəsi ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətləri pozmağa çalışmaqdır. Lakin son həftələr Trampın Kremlin təsir və manipulyasiyalarına əvvəlki qədər açıq olmadığı bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzetinin təhlilində deyilir.

Nəşr yazır ki, Trampın Ukrayna üzrə sülh sazişinin 95 faiz hazır olması ilə bağlı açıqlamaları Moskvada ciddi narahatlıq yaradıb:

"Kreml bu vəziyyətə ənənəvi üsulla (dezinformasiya və saxta xəbərlərlə) reaksiya verib. Buna nümunə kimi Putinə məxsus obyektlərdən birinə guya kütləvi PUA hücumu edilməsi barədə iddialar göstərilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu hadisənin sülh prosesini pozmaq məqsədi daşıyan saxta əməliyyat olduğunu bildirib".

Məlumatda deyilir ki, Tramp artıq Kremlin bu cür addımlarına əvvəlki kimi inanmır və bu, Moskva üçün əlverişsiz sülh ssenarisinə doğru aparır:

"ABŞ və NATO-nun Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətləri faktiki olaraq alyansın qoruyucu mexanizmi deməkdir. Trampın Ukrayna ərazisində Qərb hərbçilərinin mümkün mövcudluğunu açıq müzakirə etməsi isə Kremlin narahatlığını daha da artırır. Cəbhə xəttinin dondurulması halında Donbasdakı nadir faydalı qazıntılarla bağlı danışıqları Moskva deyil, Vaşinqton aparacaq. Eyni zamanda, Rusiya üçün mümkün reparasiyalar və dondurulmuş aktivlərin müsadirəsi ehtimalı ölkə iqtisadiyyatını daha da zəiflədə bilər".

"Rusiyanın NATO ilə açıq qarşıdurmaya hazır olmadığı və neft qiymətlərinin ucuzlaşması Kremlin imkanlarını xeyli məhdudlaşdırır. Uzun illərdən sonra ilk dəfə Ukrayna üçün ədalətli və davamlı sülh ehtimalı yaranıb. Bu, Trampın təzyiqi və Avropanın hərbi gücünü bərpa etməsi ilə mümkün ola bilər", - məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər