Milli Kəşfiyyat Akademiyası (MIA) tərəfindən təşkil edilən Beynəlxalq Kəşfiyyat Tədqiqatları Konqresində Kiprin bölünməsi ilə bağlı təqdim edilən bir məqalə maraqlı bir faktı üzə çıxarıb.
Moderator.az “Milliyyet”ə istinadla xəbər verir ki, yüksək dərəcədə məxfi MKİ sənədlərinə əsaslanan hesabata görə, ABŞ 1964-cü ildə Kiprin bölünməsi üçün bir plan hazırlayıb.
Hesabatda təqdim olunan tədqiqat, Kiprin MKİ planlarına uyğun olaraq bölünməsinə yönəlib və 1974-cü ildə Türkiyə tərəfindən müəyyən edilmiş sərhədləri MKİ tərəfindən 1964-cü ildə müəyyən edilmiş sərhədlərlə müqayisə edir.
Hesabatda bildirilir ki, 1974-cü ildə sərhədləri müəyyən etmək üçün istifadə edilən metod MKİ tərəfindən 1964-cü ildə istifadə edilən metodla eynidir. Hesabatda həmçinin bu bölünmənin Türkiyə, Yunanıstan və Kipr türkləri və yunan Kipr əhalisi üçün nə demək olduğu araşdırılır və MKİ-nin strateji kəşfiyyat sənədlərinin ilk dəfə qiymətləndirildiyi vurğulanır.
Hesabatda qeyd olunur ki, Kiprdəki sosial bölünmə coğrafi bölünməyə səbəb olub, türk və yunan Kipr əhalisinin ayrılmasının sosial və iqtisadi xərcləri, eləcə də adanın coğrafi bölünməsinin siyasi xərcləri təhlil edilir.
(Publika)