13:45
6°C
Bakı
Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, 3,5 bal gücündə olan yeraltı təkan yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Zəlzələnin episentri Bingöl vilayətinin Yedisu rayonunda yerləşib.
Mütəxəssislərin açıqlamasına əsasən, yeraltı təkan 6,9 kilometr dərinlikdə baş verib.
Hadisə nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.