00:21
4°C
Bakı
Meksikada baş verən 6,5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Honoluluda yerləşən Milli Seysmoloji Xidməti məlumat yayıb.
Gerrero ştatının San Markos bölgəsində qeydə alınan zəlzələdən sonra ümumilikdə 936 afterşok baş verib.
Məlumata əsasən, afterşoklar arasında ən güclü təkan 4,7 bal gücündə olub. Hazırda seysmik aktivliyin monitorinqi davam etdirilir.
Qeyd olunub ki, zəlzələnin ilkin maqnitudası 6,5 təşkil edib. Yeraltı təkanların episentri San Markos şəhərindən 15 kilometr cənub-qərbdə, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində Mexiko şəhərində 12 nəfərin xəsarət aldığı bildirilir.