Parisdə Janna d'Arkın heykəlindən qılınc oğurlandı
Dünya
265
08:16, Bu gün

Parisdə Janna d'Arkın heykəlindən qılınc oğurlandı

Parisin VIII rayonunda Fransanın milli qəhrəmanı Janna d'Arkın heykəlindən qılınc oğurlayan kişi polis tərəfindən saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
 
Adı açıqlanmayan şəxs Sen-Avqustin meydanının mərkəzindəki heykələ dırmanıb və at belində oturan döyüşçünün əlindən qılıncı alıb. Kişi əlində qılıncla yaxınlıqdakı küçəyə qaçıb və orada polis tərəfindən saxlanılıb.
 
Oğrunun motivləri və məqsədi hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, Janna d'Arkın atlı heykəli 19-cu əsrin ikinci yarısında fransız heykəltəraşı Pol Dübua tərəfindən yaradılıb. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər