Bizi sosial şəbəkələrdən izləyin:
Amerikalı milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq.
Moderator.az xəbər verir ki, iş adamı özü bu barədə "X" platformasında məlumat verib.
"Neuralink" 2026-cı ildə beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına başlayacaq və sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura keçəcək", - Mask yazıb.
Qeyd edək ki, Maskın şirkəti beyin implantının insanlar üzərində klinik sınaqlarına 2024-cü ildə başlayıb.