02:55
1°C
Bakı
İtaliyanın şimalında, Alp dağlarında baş verən bir sıra qar uçqunları iki nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.
Moderator.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Alp Xilasetmə Xidmətinin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Təşkilatın açıqlamasında bildirilir ki, güclü küləklər xilasetmə qruplarının işinə mane olur.
Qeyd olunur ki, güclü qar və küləklər son günlərdə Alp dağlarında qar uçqunu riskini artırıb. Rəsmilər turistləri və xizəkçiləri ehtiyatlı olmağa çağırıb, şərait qeyri-sabit qaldığı üçün dağlıq ərazilərə çıxmamağı tövsiyə ediblər.