01:42
2°C
Bakı
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sağlamdır və xəstəxanaya yerləşdirilməyib. Bəzi mənbələrin yaydığı məlumat şayiədir.
Moderator.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, mətbuat və informasiya naziri Əhməd Dudayev özünün Teleqram kanalında məlumat yayıb.
“29 dekabrda 2025-ci ilin yekunlarına dair iclas keçirib, 31 dekabrda sakinləri Yeni il münasibətilə təbrik edib və 1 yanvarda xüsusi əməliyyat zonasına yeni avadanlıq göndərib”, - Dudayev bildirib.
Qeyd edək ki, Ramzan Kadırovun dekabrın 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.