İstanbulda 67 İŞİD şübhəlisi həbs edilib
Dünya
241
00:19, Bu gün

İstanbulda 67 İŞİD şübhəlisi həbs edilib

Yanvarın 2-də İstanbul məhkəməsi İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 67 nəfər haqqında həbs qərarı verib.

Moderator.az xəbər verir ki, bu barədə "Cümhuriyyet" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Yeni il gecəsi təhlükəsizlik qüvvələri İstanbulun üç bələdiyyəsində İŞİD-ə qarşı əməliyyat keçirib və 147 nəfər saxlanılıb, onlardan 32-si sonradan Türkiyədən deportasiya olunmaq üçün miqrasiya mərkəzinə yerləşdirilib.

Türkiyə təhlükəsizlik qüvvələri bu həftə ölkə daxilində İŞİD-ə qarşı üç reyd keçirib və təxminən 500 nəfəri saxlayıb. İstanbul prokurorluğunun məlumatına əsasən, onlardan bəziləri Yeni il tətili zamanı Türkiyədə terror törətməkdə şübhəli bilinib.

Link kopyalandı!
Son xəbərlər