Yunanlar dronlardan “Axilles qalxanı” ilə qorunacaq
Dünya
368
02 Jan 2026 | 23:47

Yunanlar dronlardan “Axilles qalxanı” ilə qorunacaq

2026-cı ildə Yunanıstan Müdafiə Nazirliyinin ölkənin "Axilles qalxanı" kimi tanınan çoxqatlı hava hücumundan müdafiə proqramının yaradılmasında əsas addımlar atması gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” nəşri məlumat yayıb.

“Proqram Yunanıstanı dronlardan, raket hücumlarından və digər təhdidlərdən qorumağı hədəfləyir. “Axilles qalxanı”nın əsas hissəsinin İsrail mənşəli hava hücumundan müdafiə və antiballistik sistemlərdən ibarət olması gözlənilir”, - məlumatda qeyd olunub.

Sistemin qurulmasının 3 milyard dollara başa gələcəyi bildirilib.

Link kopyalandı!
Son xəbərlər