İran raket və PUA-larını kriptovalyuta ilə satacaq
Dünya
306
02 Jan 2026 | 23:45

İran raket və PUA-larını kriptovalyuta ilə satacaq

İran Müdafiə Nazirliyinin ixrac mərkəzi olan "Mindex" alıcılara rəqəmsal valyutalarda ödənişlə hərbi müqavilələr üzrə danışıqlar aparmaq imkanı təklif edir. Beləliklə, ölkə "Shahed" dronları, "Emad" raketləri, "Shahid Soleimani" sinifli gəmilər, hava hücumundan müdafiə sistemləri və digər silahları kriptovalyuta qarşılığında tədarük etməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə "Mindex"in veb-saytı məlumat yayıb.

"Financial Times" qeyd edir ki, Tehran bu yolla Qərbin maliyyə məhdudiyyətlərini aşmağa çalışır. Çünki İrana ənənəvi maliyyə kanalları vasitəsilə ödəniş edən tərəflər ABŞ, Aİ və Böyük Britaniyanın sanksiyaları səbəbindən Qərbin maliyyə sistemlərindən kənarlaşdırılmaq riski ilə üzləşirlər.

Qeyd edək ki, "Mindex" İranın xarici müdafiə satışlarından məsul olan dövlət qurumudur. Bu, bir dövlətin strateji hərbi texnikanın ixracı üçün ödəniş kimi kriptovalyutanı qəbul etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyi ilk haldır.

İran raket və PUA-larını kriptovalyuta ilə satacaq

Link kopyalandı!
Son xəbərlər