00:27
3°C
Bakı
"SpaceX"in qurucusu İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Əbukar Dahir Osmanın həbs olunmasına çağırıb.
Moderator.az-ın məlumatına görə, o, bununla bağlı "X"də paylaşım edib.
Mask diplomatın ABŞ-də maliyyə fırıldaqçılığında güman olunan iştirakı ilə bağlı iddiaları şərh edib.
"Onu həbs edin", - Mask Osmanın əvvəllər Amerikanın vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" fırıldaqçılığında təqsirkar bilinən səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşımda yazıb.
Paylaşımda diplomatın hökumətin "Medicaid" məsələləri üzrə ofisində nəzarətçi işlədiyi iddia edilib.