Ərdoğan: AKP üzvlərini sayı 11,5 milyon nəfəri ötüb
Dünya
128
02 Jan 2026 | 23:00

Ərdoğan: AKP üzvlərini sayı 11,5 milyon nəfəri ötüb

AKP olaraq üzvlərimizin sayını son dövrdə 664 min 568 artırdıq, ümumilikdə 11 milyon 543 min 301 nəfərə çatdıq.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial hesabında yazıb.

"AKP-nin xalqın partiyası olduğunun bir təzahürü olan, xalqımızla qurduğumuz güclü bağı əks etdirən bu mühüm uğura imza atan təşkilatımızı ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyasının qapısı ölkəsinə, xalqına faydalı olmaq istəyən hər kəsə açıqdır.

 

Link kopyalandı!
Son xəbərlər