Meksikada baş verən zəlzələdə 12 nəfər yaralanıb - YENİLƏNİB
Dünya
103
22:32, Bu gün

Meksikada baş verən zəlzələdə 12 nəfər yaralanıb - YENİLƏNİB

"Baş verən zəlzələdə 12 nəfər yaralanıb".

Moderator.az xəbər verir ki, bu fikirləri Honolulu meri Klara Bruqada açıqlayıb.

"Zəlzələyə cavab protokolunun tətbiqindən bəri 12 yaralı qeydə alınıb, beş kommunal dirək və dörd ağac aşıb və müxtəlif ərazilərdə elektrik enerjisinin olmaması ilə bağlı 18 zəng daxil olub", - deyə o yazıb.

Merin sözlərinə görə, şəhər xidmətləri zəlzələnin nəticələrini qiymətləndirməyə davam edir və yaşayış, inzibati binaları, eləcə də vacib infrastruktur obyektlərini yoxlayır.

18:33

Meksika sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Meksikanın cənub-qərbindəki Gerrero ştatında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 km cənub-şərqdə, ocağı isə 42 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Link kopyalandı!
Son xəbərlər