Meksika Prezidenti zəlzələyə görə mətbuat konfransını dayandırıb
Dünya
160
21:20, Bu gün

Meksika Prezidenti zəlzələyə görə mətbuat konfransını dayandırıb

Meksika Prezidenti Klaudiya Şeynbaum zəlzələ bildirişi səbəbindən mətbuat konfransını dayandırıb.

Moderator.az xəbər verir ki, mətbuat konfransı yutub vasitəsilə yayımlanıb.

Qeyd edək ki, Şeynbaumun çıxışı Herrero ştatında zəlzələ barədə xəbərdarlıq edən sirenlər səsləndikdən sonra dayandırılıb.

Meksikanın Milli Seysmologiya Xidmətinin məlumatına görə, 6,5 maqnitudalı zəlzələnin episentri Herrero ştatında San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Link kopyalandı!
Son xəbərlər