İsveçrə kurortundakı yanğının ilkin səbəbi açıqlandı
Dünya
235
20:50, Bu gün

İsveçrə kurortundakı yanğının ilkin səbəbi açıqlandı

İsveçrədə prokurorluq Kran-Montana kurortundakı barda baş verən yanğına "benqal şamı"nın qığılcımlarının səbəb olduğunu açıqlayıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu baş prokuror Beatris Piyu təsdiqləyib.

"Sübutlar yanğının şampan şüşələrinə qoyulan və tavana çox yaxın yerləşdirilən "benqal şamları"nın qığılcımları səbəbindən baş verdiyini göstərir. Alov tavandan tez bir zamanda yayılıb", - deyə o, mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu nəticələr video yazılarına və dindirmələrə əsaslanıb. Prokuror iki fransalı menecer və sağ qalanların dindirildiyini aydınlaşdırıb.

Piyu qeyd edib ki, yanğında iştirak edənlər ehtiyatsızlıqdan yanğına səbəb olma ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər.

Link kopyalandı!
Son xəbərlər