Avropanın ən böyük hava limanlarından birində yüzlərlə reys ləğv edildi
Dünya
219
20:37, Bu gün

Avropanın ən böyük hava limanlarından birində yüzlərlə reys ləğv edildi

Avropanın ən böyük hava limanlarından biri olan Niderlandın Sxiphol hava limanında əlverişsiz hava şəraiti səbəbindən azı 200 reys ləğv edilib.

Moderator.az xəbər verir ki, bu barədə NOS agentliyi məlumat yayıb.

Yüzdən çox uçuş isə təxirə salınıb. Güclü küləklər səbəbindən uçuş cədvəlində ciddi pozuntular yaranıb.

Hava limanı səyahətçilərə uçuşdan əvvəl ən son reys məlumatlarını yoxlamağı məsləhət görürlər, çünki gecikmələrin sayı gün ərzində dəyişə bilər.

Link kopyalandı!
Son xəbərlər