Rusiyanın Xarkova hücumu nəticəsində yaralıların sayı 30-a çatıb
1607
02 Jan 2026 | 20:30

Rusiyanın Xarkova hücumu nəticəsində yaralıların sayı 30-a çatıb

Xarkovda yaşayış binasına endirilən ballistik zərbədən sonra yaralıların sayı kəskin artıb.

Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov “Telegram” kanalında məlumat paylaşıb.

Şəhər rəhbərinin son açıqlamasına görə, Xarkovun Kiyev rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində 30 nəfər yaralanıb.

“Hazırda 30 yaralının olduğu məlumdur”, – deyə İqor Terexov bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər