21:49
2°C
Bakı
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqardın maaşı hesabatda göstəriləndən 50 % çoxdur.
Moderator.az "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir ki, Laqard 2024-cü ildə təxminən 726 000 avro qazanıb, bu da AMB-nin illik hesabatında bildirdiyi 466 000 avro baza əməkhaqqından təxminən 56 % çoxdur.
Qəzet qeyd edib ki, Laqardın maaşı ABŞ-nin Federal Ehtiyatlar Sisteminin sədri Jerom Pauelin maaşından təxminən dörd dəfə çoxdur. Nəşr vurğulayıb ki, AMB rəhbərinin maaşı onu Aİ-də ən yüksək maaş alan məmur edib.