Dəhşətli yanğında ölənlərdən biri idmançıdır - FOTO
Dünya
280
19:30, Bu gün

Dəhşətli yanğında ölənlərdən biri idmançıdır - FOTO

16 yaşlı italiyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortundakı barda baş verən yanğında vəfat edib. 

Moderator.az xəbər verir ki, bu barədə İtaliya Qolf Federasiyası instaqram hesabında açıqlama yayıb.

Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.

 

Link kopyalandı!
Son xəbərlər