21:06
3°C
Bakı
16 yaşlı italiyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortundakı barda baş verən yanğında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə İtaliya Qolf Federasiyası instaqram hesabında açıqlama yayıb.
Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.
