Angelina Coli Rəfah sərhəd keçid məntəqəsinə gəlib - FOTO
Dünya
264
19:10, Bu gün

Angelina Coli Rəfah sərhəd keçid məntəqəsinə gəlib - FOTO

Hollivud aktrisası Angelina Coli Qəzza zolağı ilə sərhəddəki Rəfah keçid məntəqəsinin Misir tərəfinə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun səfərinin məqsədi Fələstin xalqına həmrəylik mesajı çatdırmaq, eləcə də İsrail blokadası altında olan Qəzza zolağına humanitar yardımın təşkili və çatdırılmasını izləməkdir.

Səfər zamanı Coli beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar səylər və mühasirəyə alınmış əraziyə yardımın çatdırılması ilə yaxından tanış olacaq.

Link kopyalandı!
Son xəbərlər