20:20
3°C
Bakı
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullahın təlim düşərgəsinə və digər hərbi obyektlərə zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Məlumata görə, düşərgə "Radvan" bölməsi tərəfindən təşkilat yaraqlılarının təlimi və hazırlanması üçün istifadə edilib.
Bundan əlavə, son vaxtlar Hizbullah yaraqlılarının istifadə etdiyi silahların saxlandığı hərbi binalar da hücuma məruz qalıb.