21:44
2°C
Bakı
Meksika sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Meksikanın cənub-qərbindəki Gerrero ştatında 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 km cənub-şərqdə, ocağı isə 42 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.